Azad edilmiş ərazilərdə daha 113 mina aşkarlanıb

22 İyun 2026 12:03 (UTC+04:00)

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən ötən həftə (16.06.20026 -21.06.2026) icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

Aznews.az xəbər verir ki, azad edilmiş ərazilərdə may ayında 84 piyada əleyhinə mina, 29 tank əleyhinə mina, 514 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 710, 16 hektar ərazi mina və PHS-lərdən təmizlənib.