Kəmaləddin Heydərov onu alay komandiri təyin etdi - FOTO

22 İyun 2026 15:11 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi baş tutub.

AzNews.az manset.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq Əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin komandiri polkovnik-leytenant Seyidəhməd Nurayev tutduğu vəzifədən azad edilib.

Digər Əmrlə Seyidəhməd Nurayev Bakı alayının komandiri təyin olunub.

Qeyd edək ki, S.Nurayev bundan əvvəl də Bakı alayında xidmət edib.

kemaleddin-heyderov-onu-alay-komandiri-teyin-etdi