Kreml Zelenskinin Belarusla bağlı bəyanatlarına reaksiya verdi

22 İyun 2026 15:24 (UTC+04:00)

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusla bağlı səsləndirdiyi fikirləri sərt tənqid edib.

Peskov bildirib ki, Zelenskinin bəyanatları “tamamilə aqressiv xarakter daşıyır” və başqa bir dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirilməlidir.

“Bu, suveren dövlətin daxili işlərinə qarışmaq və onun suverenliyinə qəsd etməkdir”, – deyə Kremlin nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, Moskva Belarusın öz sərhədlərini və dövlətçiliyini müstəqil şəkildə qorumaq imkanlarına şübhə etmir.

Peskov həmçinin yaxın vaxtlarda Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüş keçiriləcəyini və sözügedən məsələnin müzakirə olunacağını açıqlayıb.

Mövsüm,

AzNews.az