“ABŞ ilə danışıqlara ləyaqətlə, qürurla və təslim olmadan girdik. Hüquqlarımızı görməzdən gəlməyə çalışsalar da, geri çəkilməyəcəyik və əyilməyəcəyik”.
AzNews.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Bu gün region ölkələri bizə fərqli baxırlar, onlar bizim qardaşlarımızdır və bu ölkələrlə münasibətlərimiz yaxşılaşıb”, - Pezeşkian əlavə edib.