Endi Börnem parlamentə seçildi, Starmer istefa verdi

22 İyun 2026 15:58 (UTC+04:00)

Böyük Britaniyada hakim İşçi Partiyası daxilində liderlik müzakirələrinin davam etdiyi bir vaxtda keçirilən Makerfild dairəsi üzrə aralıq seçkilərdə partiyanın namizədi Endi Börnem qələbə qazanıb.

Səslərin 55 faizini toplayan Endi Börnem parlamentə deputat seçilib.

Hazırda Mançester meri vəzifəsini də icra edən Börnemin bu qələbəsi onun partiya daxilində mövqelərini daha da gücləndirib. Siyasi dairələrdə onun gələcəkdə İşçi Partiyasının liderliyinə namizəd ola biləcəyi barədə müzakirələr aparılır.

Seçkilərlə eyni vaxtda Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa verdiyini açıqlayıb.

Starmer Londondakı Baş nazir iqamətgahı olan 10 Dauninq Strit qarşısında etdiyi çıxışda vəzifəsindən getdiyini bəyan edib.

Baş verən hadisələr ölkədə siyasi qüvvələr nisbətinin dəyişə biləcəyi ilə bağlı müzakirələri gücləndirib.