Məlumata görə, şəhərdə güclü partlayışlar baş verib və sosial şəbəkələrdə müəssisə üzərində qalın tüstü sütununun göründüyü görüntülər yayılıb.
Müəssisə mikroelektronika sahəsində fəaliyyət göstərir və sənaye, rabitə, energetika, aviasiya, eləcə də müdafiə sektoru üçün müxtəlif komponentlər istehsal edir.
Daha sonra Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı zərbəni təsdiqləyərək əməliyyat zamanı yüksək dəqiqlikli hava bazalı qanadlı raketlərdən istifadə olunduğunu açıqlayıb.
Baş Qərargahın məlumatına görə, vurulan müəssisə Rusiyanın hərbi-sənaye kompleksinin mühüm hissələrindən biridir və burada raket sistemləri, hava hücumundan müdafiə vasitələri və digər hərbi texnikalar üçün elektron komponentlər hazırlanır.
Bildirilib ki, zavodun məhsulları “İsgəndər-K” operativ-taktiki raket kompleksləri, X-101 qanadlı raketləri və “Pantsir-S1” zenit-raket-top komplekslərində istifadə olunur.
Ukrayna tərəfi vurğulayıb ki, müəssisənin istehsal etdiyi elektronika yüksək dəqiqlikli silahların hazırlanmasında istifadə edilir və bu silahlarla Ukrayna ərazisinə zərbələr endirilir.
Mövsüm,
AzNews.az