Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani İsrailin Baş naziri Benyamin Netanyahunun Yaxın Şərqdə gərginliyin artmasına səbəb olduğunu bildirib.
O, "Al Jazeera" telekanalına açıqlamasında Netanyahunun regionda ilk dəfə gərginlik yaratmadığını vurğulayıb.
Əl-Tani həmçinin İsrailin atəşkəs dövründə bir neçə gün ərzində təxminən 100 livanlının öldürülməsini qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, bu cür addımlar bölgədə sabitliyə və sülh səylərinə zərbə vurur.
Mövsüm,
AzNews.az