Sərdar Berdiməhəmmədovun şərəfinə dövlət ziyafəti verilib - FOTO

22 İyun 2026 19:50 (UTC+04:00)

İyunun 22-də Bakıda, Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun şərəfinə dövlət ziyafəti verilib.

Aznews.az xəbər verir ki, ziyafətdə Azərbaycan və Türkmənistan musiqilərindən ibarət konsert proqramı təqdim olunub.