Səhərlər şirin qəhvə və bulka yemək sağlamlıq üçün yaxşı seçim deyil.
AzNews.az xəbər verir ki, bu haqda lenta.ru-ya açıqlamasında amerikalı idman dietoloqu Roksana Ehsani bildirib.
Onun sözlərinə görə, keks, ponçik və digər şirniyyatlar çoxlu şəkər, zərərli yağ və ağ undan hazırlanır. Dietoloq bunların əvəzinə meyvəli smuzi və ya tam taxıllı çörək üzərinə fıstıq yağı çəkilmiş sendviç yeməyi tövsiyə edib.
Mütəxəssis həmçinin qeyd edib ki, müxtəlif dadlandırıcılar və qaymaq əlavə olunan qəhvələrdə də çoxlu şəkər və doymuş yağ olur. Bu cür içkilərin tez-tez qəbulu ürək xəstəlikləri, 2-ci tip diabet və artıq çəki riskini artıra bilər.