Əli Əliyev ATƏT nümayəndələri ilə görüşdü

26 Sentyabr 2013 12:25 (UTC+04:00)
Bu gün Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçkiləri Müşahidə Missiyasının siyasi təhlilçisi Vadim Zdanoviçlə görüşüb.

Bu barədə AzNews.az-a VİP-dan verilib. Qeyd edək ki, görüşdə ATƏT-in Azərbaycanda keçirilən prezident seçkilərinə diqqətini yüksək qiymətləndirən Ə.Əliyev DTİHB Seçkiləri Müşahidə Missiyasının fəaliyyətini müsbət dəyərləndirib.

VİP sədri prezident seçkilərinin gedişatına münasibətini açıqlayaraq, Mərkəzi Seçki Komissiyasının (MSK) onun namizədliyini qeydə almamsı haqqında qərarının siyasi xarakterli olduğunu bildirib və seçki qurumunun həmin qərarının ləğvi istiqamətində hüquq müstəvisində mübarizə aparıldığnı diqqətə çatdırıb.

Qeyd edək ki, VİP sədrinin DTİHB Seçkiləri Müşahidə Missiyasının rəhbəri Tana de Zulueta ilə görüşü nəzərdə tutulsa da, Naxçıvana səfər edən missiyanın rəhbəri obyektiv səbəbdən Bakıya planlaşdırımış vaxtda qayıda bilməyib.

Bahar
AzNews.az