Ermənistan Ukrayna ilə bağlı konfransa nümayəndə GÖNDƏRƏCƏK

23 İyun 2026 11:10 (UTC+04:00)

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Polşanın Qdansk şəhərində keçiriləcək Ukraynanın bərpasına həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.

AzNews.az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının yaydığı məlumatda bildirilib.

Məlumata görə, Armen Qriqoryan iyunun 24-25-də işgüzar səfərlə Qdanskda olacaq və Ukraynanın bərpası üzrə konfransda iştirak edəcək.

Qeyd edək ki, iyunun 25-26-da Qdansk şəhərində Ukraynanın Bərpası Konfransı (Ukraine Recovery Conference 2026 - URC 2026) keçiriləcək. Tədbir Polşa və Ukrayna hökumətlərinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Bu arada Ukrayna Prezidenti Volodymyr Zelenskyy Polşa Prezidenti Karol Nawrockini konfransa dəvət etmədiyini açıqlayıb. Zelenski bildirib ki, Navrotski Ukraynanın Avropada yerinin olmadığını və bunun Polşa fermerləri üçün mənfi nəticələr doğuracağını iddia edir.

Ukrayna liderinin sözlərinə görə, Polşa Prezidenti bu mövqeyi ilə təkcə konfransın işinə mane olmağa deyil, həm də ölkədə ictimai narazılığı artırmağa çalışır.