Daha bir məşhur aparıcı “Space”dən getdi – ÖZƏL

26 Sentyabr 2013 12:34 (UTC+04:00)
Vaqif Mustafayev "Space"də "aparıcı soyqırımı"nı davam etdirir

"Space"də "Hər səhər" verilişinin aparıcısı Mirsalam Mirsalamov dünən kanaldan qovulub. "Space" kanalındakı mənbələrdən AzNews.az-a daxil olan məlumata görə, M.Mirsalamov dünən günorta vaxtlarında "Space"nin prezidenti Vaqif Mustafayevlə danışdıqdan sonra işindən azad edildiyi məlum olub. Mənbənin sözlərinə görə, M.Mirsalamov "Space" telekanalında pavilyonun və texnikanın müasir standartlara cavab verməməsindən bir neçə dəfə rəhbərliyə gileylənib. Bunun ardınca isə V.Mustafayev aparıcını kanaldan uzaqlaşdırmaq qərarına gəlib.

Məsələ ilə bağlı Mirsalam Mirsalamovla əlaqə saxladıq. Aparıcı bu məslə ilə bağlı danışmaq istəmədiyini birldirib dəstəyi asdı.

Xatırladaq ki, M.Mirsalamov bu ayın əvvəli "Space"-ə gəlmişdi. Bu barədə ilk xəbəri AzNews.az ayın 10-da yaymışdı.

Bahar Rüstəmli
AzNews.az