Ermənistan üzvlük haqqını ödəmədiyinə görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işçi orqanlarında səsvermə hüququndan məhrum edilə bilər.
AzNews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "RİA Novosti" agentliyinə verdiyi müsahibədə bildirib.
O izah edib ki, KTMT Nizamnaməsinin 25-ci maddəsinə uyğun olaraq, dövlət öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə ona qarşı tədbirlər görülə bilər.
İyunun 18-də KTMT-nin baş katibi Taalətbek Masadıkov Ermənistanın təşkilatın fəaliyyətində faktiki olaraq iştirak etmədiyini açıqlayıb. Onun sözlərinə görə, İrəvan üç ildir ki, üzvlük haqqını ödəmir.