Litva hökuməti istefa verdi

23 İyun 2026 13:29 (UTC+04:00)

Litvanın Baş naziri İnqa Ruqinenenin rəhbərlik etdiyi Nazirlər Kabineti istefa verib.

Ruqinene bildirib ki, bu gün həm çətin, həm də hökumətin birillik fəaliyyətini qiymətləndirmək üçün vacib gündür:

"Həqiqətən hesab edirəm ki, bu gün asan gün deyil. Eyni zamanda, gördüyümüz işləri və əldə etdiyimiz nəticələri dəyərləndirmək imkanımız var. Gələcək hökumətə Litvaya xidmət missiyasını uğurla davam etdirməyi arzulayıram. Başladığımız işləri onlara təhvil verəcəyik və inanırıq ki, bu fəaliyyət ardıcıl şəkildə davam etdiriləcək."

Məlumata görə, hökumətin istefası məsələsi Nazirlər Kabinetinin iclasında sonuncu məsələ kimi müzakirəyə çıxarılıb. Qəbul edilən istefa qərarı Litva Prezidenti Gitanas Nausėda-ya təqdim olunacaq.

Yeni hökumət formalaşdırılana qədər Nazirlər Kabineti fəaliyyətini davam etdirəcək. Yeni hökumətə isə Mindaugas Sinkevičius rəhbərlik edəcək.

Mövsüm,

AzNews.az