Tramp: Hörmüz boğazından rekord həcmdə neft daşınıb

23 İyun 2026 16:14 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp bildirib ki, bazar ertəsi Hörmüz boğazından 19 milyon barel neft daşınıb ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir.

Tramp bu barədə "Truth Social" platformasında paylaşım edərək qeyd edib ki, rekord həcmdə neft nəqli enerji bazarlarında qiymətlərin aşağı düşməsinə səbəb olub.

“Dünən Hörmüz boğazından 19 milyon barel neft keçib. Bu, bütün zamanların rekordudur”, – deyə ABŞ prezidenti vurğulayıb.

Onun sözlərinə görə, neft qiymətlərinin azalması qlobal iqtisadiyyata müsbət təsir göstərir və beynəlxalq təhlükəsizliyi gücləndirir.

“Neft qiymətləri sürətlə aşağı düşür və dünya daha təhlükəsiz yerə çevrilir”, – deyə Tramp əlavə edib.

Mövsüm,

AzNews.az