Oman və İran Hörmüz boğazında gəmiçiliyin idarə olunması məsələlərini müzakirə etmək üçün birgə işçi qrup yaradacaqlar.
Bu barədə iyunun 23-də iki ölkənin birgə bəyanatında bildirilib.
Bəyanatda qeyd olunur ki, İran İslam Respublikası və Oman Sultanlığı Hörmüz boğazının sahilyanı dövlətləri kimi beynəlxalq hüquqa uyğun şəkildə boğazdan təhlükəsiz keçidin təmin olunmasına sadiq olduqlarını təsdiqləyiblər.
Yeni yaradılacaq işçi qrup çərçivəsində tərəflər boğazdan keçən gəmilərə göstərilən xidmətlər və bununla bağlı xərclərlə əlaqədar məsələləri müzakirə edəcəklər.
Sənəddə vurğulanır ki, bu mövzu ətrafında digər sahilyanı dövlətlər və maraqlı ölkələrlə də məsləhətləşmələr aparılacaq.
Mövsüm,
AzNews.az