BDU-da 42 yeni ixtisaslaşma açılacaq – SİYAHI

23 İyun 2026 17:27 (UTC+04:00)

2026/2027-ci tədris ilində Bakı Dövlət Universitetində (BDU) əmək bazarının tələblərinə uyğun olaraq magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq.

Bu barədə AzNews.az-a BDU-dan məlumat verilib.

Bunlar aşağıdakılardır:

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi – 7 yeni ixtisaslaşma

“Beynəlxalq münasibətlər” ixtisası üzrə
“Beynəlxalq təhlükəsizlik”
“Türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri”
“Geosiyasət”
“Dövlət və ictimai münasibətlər” ixtisası üzrə
“Dövlət idarəetməsində strateji kommunikasiyalar”
“Politologiya” ixtisası üzrə
“Siyasi analitika və strateji araşdırmalar”
“Dövlət siyasəti və idarəçilik”
“Menecment” ixtisası üzrə
“Strateji menecment”

Sosial elmlər və psixologiya fakültəsi – 7 yeni ixtisaslaşma

“Pedaqogika” ixtisası üzrə
“Təlim və tədrisin təşkili”
“Fəlsəfə” ixtisası üzrə
“Elm fəlsəfəsi”
“Etikanın nəzəriyyəsi və tarixi”
“Türk xalqlarının fəlsəfi fikir tarixi”
“Psixologiya” ixtisası üzrə
“Tətbiqi psixologiya”
“Sosial iş” ixtisası üzrə
“Klinik sosial iş”
“Əhalinin müxtəlif qrupları ilə sosial iş”

Geologiya fakültəsi – 4 yeni ixtisaslaşma

“Geologiya” ixtisası üzrə
“Petrologiya”
“Geoekologiya”
“Geologiya və geofizika mühəndisliyi” ixtisası üzrə
“Neft-qaz hövzələrinin geologiyası”
“Neft-qaz-mədən geofizikası”

Fizika fakültəsi – 4 yeni ixtisaslaşma

“Fizika” ixtisası üzrə
“Mikroelektronika və nanoelektronika”
“Polimerlər fizikası”
“Fotonika və optika”
“Plazma fizikası və texnologiyası”

Jurnalistika fakültəsi – 3 yeni ixtisaslaşma

“Jurnalistika” ixtisası üzrə
“İqtisadi jurnalistika”
“Onlayn və multimedia jurnalistikası”
“İctimaiyyətlə əlaqələr”

Coğrafiya fakültəsi – 3 yeni ixtisaslaşma

“Coğrafiya” ixtisası üzrə
“Siyasi coğrafiya”
“Türk dünyasının coğrafiyası”
“Hidrometeorologiya” ixtisası üzrə
“İqlim dəyişmələrinə adaptasiya”

Ekologiya və torpaqşünaslıq fakültəsi – 3 yeni ixtisaslaşma

“Ekologiya” ixtisası üzrə
“Ekoloji ekspertiza”
“Ekoloji menecment”
“Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası üzrə
“Daşınmaz əmlakın kadastrı və reyestri”

Biologiya fakültəsi – 3 yeni ixtisaslaşma
“Biologiya” ixtisası üzrə
“Biotibbi materiallar”
“Bioinformatika”
“Sənaye mikrobiologiyası”

Kimya fakültəsi – 2 yeni ixtisaslaşma
“Kimya” ixtisası üzrə
“Qida kimyası”
“Dərman kimyası”

Tətbiqi riyaziyyat və kibernetika fakültəsi – 2 yeni ixtisaslaşma
“Kompüter elmləri” ixtisası üzrə
“Süni intellekt”
“Kriptologiya”

Mexanika-riyaziyyat fakültəsi – 2 yeni ixtisaslaşma
“Mexanika” ixtisası üzrə
“Kompozit materiallar mexanikası”
“Mexatronik modullar"

Hüquq fakültəsi – 1 yeni ixtisaslaşma
“Hüquqşünaslıq” ixtisası üzrə
“Ədalət mühakiməsi hüququ”

İnformasiya və sənəd menecmenti fakültəsi – 1 yeni ixtisaslaşma
“Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə
“İnformasiya fəaliyyətində bibliometrik texnologiyalar”

Qeyd edək ki, yeni ixtisaslaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2024-cü il tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilən ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların yeni təsnifatına uyğun olaraq yaradılıb.