Türkiyədə silah-sursat anbarında partlayış oldu - Ölənlər var

23 İyun 2026 17:39 (UTC+04:00)

Türkiyədə silah-sursat anbarı və utilizasiya müəssisəsində partlayış baş verib.

AzNews.az xəbər verir ki, hadisə Kırıkkaledə qeydə alınıb.

Partlayış nəticəsində 2 nəfər ölüb.

Əraziyə çoxsaylı xilasedicilər, jandarma və təcili tibbi yardım briqadaları cəlb olunub.