Qalibaf Bakıya gəlib

24 İyun 2026 09:39 (UTC+04:00)

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib.

Milli Məclisdən verilən məlumata görə, səfər çərçivəsində İran İslam Şurası Məclisinin sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.

AzNews.az