Meloni barışıq əlini UZATDI

24 İyun 2026 10:22 (UTC+04:00)

İtaliyanın Baş naziri Ciorcia Meloni bildirib ki, ötən həftə onunla prezident Donald Tramp arasında baş verən ictimai mübahisədən sonra ABŞ-lə münasibətlər normallaşmalıdır.

AzNews.az xəbər verir ki, Meloni Romada keçirilən tədbirdə verdiyi müsahibədə "Bu mübahisəni alovlandırmağa davam etmək niyyətində deyiləm" deyib.

Xatırladaq ki, Tramp G7 sammiti zamanı Meloninin şəkil çəkdirmək üçün "yalvardığını" iddia etmişdi. Meloni isə bu iddianı yalanlamış, Ağ Ev rəhbərini yalan hekayə uydurmaqda ittiham etmişdi.