ABŞ “Qızıl Günbəz”i sınaqdan keçirdi

24 İyun 2026 10:26 (UTC+04:00)

ABŞ-da hazırlanmış “Qızıl Günbəz” raketdən müdafiə sisteminin ilk sınağı uğurlu olub.

AzNews.az xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset deyib.

Onun sözlərinə görə, dinamik avtonom müdafiə sistemi yaxınlaşan çoxsaylı hədəflərin aşkarlanması, izlənməsi və məhv edilməsini qüsursuz şəkildə həyata keçirib.