Mərkəzi Bankın valyuta ehtiyatları nə qədər artıb?

24 İyun 2026 11:29 (UTC+04:00)

Valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması şəraitində Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilib ki, cari ilin 5 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1.2 mlrd. ABŞ dolları məbləğində və ya 10.4% artaraq 12.7 mlrd. ABŞ dollarına çatıb.