Viktor Orbanla 30 ildən çoxdur tanışam. Uzun illər ərzində biz fövqəladə dərəcədə sadiq duet idik.
AzNews.az xəbər verir ki, bunu Polşa Baş naziri Donald Tusk deyib.
“Avropa, dünya, azadlıq, qanunun aliliyi ilə bağlı fikirlərimiz çox oxşar idi. Bir az təvazökar səslənə bilər, amma o vaxtdan bəri bu məsələlərdə dəyişməmişəm.
Viktor Orban isə kökündən dəyişib. Bir çox macarın artıq onun hakimiyyətinə dözə bilmədiyi kimi, mən də Viktor Orbanla əməkdaşlıq edə bilmədim”, - o bildirib.