Rütte: Avropa və ABŞ silah ehtiyatlarını artırmalıdır

24 İyun 2026 12:06 (UTC+04:00)

NATO-nun Baş katibi Mark Rütte bildirib ki, Avropa ölkələri və ABŞ öz silah ehtiyatlarını bərpa etməli və gücləndirməlidirlər.

Rütte bu barədə Fox News telekanalına müsahibəsində danışıb.

“Onun (ABŞ Prezidenti Donald Trampın) NATO ilə bağlı mövqeyini tam dəstəkləyirəm”, – deyə NATO baş katibi vurğulayıb.

Mark Rütte Trampın NATO üzvü ölkələrin kollektiv müdafiəyə daha çox töhfə verməli olduqları barədə fikrini dəstəklədiyini bildirib. Bununla yanaşı, o, Avropalı müttəfiqlərin kifayət qədər dəstək göstərmədiyi barədə iddiaları rədd edib.

Rüttenin sözlərinə görə, Avropa dövlətləri ABŞ rəhbərliyi altında həyata keçirilən hərbi əməliyyatlar zamanı infrastruktur və logistika sahəsində mühüm dəstək göstəriblər.

NATO rəhbəri hesab edir ki, mövcud təhlükəsizlik çağırışları fonunda alyans ölkələrinin müdafiə imkanlarının və silah ehtiyatlarının artırılması vacibdir.