İran saxladığı dörd ukraynalı dənizçini azad etdi

24 İyun 2026 17:19 (UTC+04:00)

İran aprel ayında Hörmüz boğazında saxlanılan dörd ukraynalı dənizçini azad edib.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin sözçüsü Heorhiy Tıxıy bildirib ki, azad edilən şəxslər Yunanıstana məxsus “Epimonidas” konteyner gəmisinin ekipaj üzvləri olublar. Həmin gəmi apreldə İran İnqilab Keşikçiləri Korpusu tərəfindən Hörmüz boğazında saxlanılan bir neçə gəmidən biri idi.

“Bu istiqamətdə göstərilən səylərin müsbət nəticə verdiyini məmnunluqla bildiririk. Dörd vətəndaşımız artıq İranı tərk edib və hazırda ailələrinin yanındadır”, – deyə Heorhiy Tıxıy jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dənizçilərin səhhəti qənaətbəxşdir. Tıxıy onların azad olunmasına yardım göstərən tərəfdaş ölkələrin diplomatlarına, gəmi sahibinə və prosesdə iştirak edən digər şəxslərə təşəkkür edib.

Mövsüm,

AzNews.az