İsrailin Livana endirdiyi zərbədə iki nəfər ölüb

24 İyun 2026 17:55 (UTC+04:00)

İsrailin Cənubi Livana endirdiyi zərbə nəticəsində iki nəfər həlak olub

Livan mediasının məlumatına görə, İsrailin Cənubi Livana endirdiyi hava zərbəsi nəticəsində iki nəfər ölüb.

Livanın Milli Xəbər Agentliyi (NNA) bildirib ki, zərbə Kəfr Rumman yaşayış məntəqəsi yaxınlığında avtomobili hədəf alıb.

Hadisə ilə bağlı İsrail Ordusu (IDF) hələlik rəsmi açıqlama verməyib.

Bundan əvvəl İsrail hərbçiləri Əli Tahir yüksəklikləri yaxınlığında Hizbullahın iki silahlısını məhv etdiklərini açıqlamışdılar.

Mövsüm,

AzNews.az