İbrahimbəyovdan Cəmil Həsənliyə maliyyə dəstəyi – Eksklüziv

26 Sentyabr 2013 14:04 (UTC+04:00)
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin bank hesabına 20 min manata qədər pul yığılıb.

Bu barədə AzNews.az-a C.Həsənlinin seçki qərargahının maliyyə məsələləri üzrə nümayəndəsi Kərimxan Zeynalov məlumat verib. O bildirib ki, dünənə olan məlumata görə, C.Həsənlinin seçki kampaniyası üçün 20 min manatdan çox ianə toplanıb.

K.Zeynalovun sözlərinə görə, bu günə qədər C.Həsənlinin seçki təbliğatı üçün lazım olan plakatlar, broşüralar və s. materiallar üçün 10 min manata yaxın pul xərclənib. O deyib ki, təşviqat materialları üçün xərclənən pulların hamısı Mərkəzi Seçki Komissiyasına da hesabatlar təqdim edilib.

C.Həsənlinin seçki qərargahının rəsmisi onu da qeyd edib ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov qurumun prezidentliyə namizədinin seçki kampaniyası üçün 3 min dollar maliyyə yardımı edib: "Fiziki şəxslərin 3 min manatdan artıq ianə etməsi qanunla qadağandır. Rüstəm müəllim də kampaniyaya xarici valyuta ilə yardım edim. Bu, 3 min ABŞ dolları, 3 min manatdan bir qədər azdır".

Anar
AzNews.az