Venesueladakı zəlzələ son 126 ilin ən güclüsü olub - NYT

25 İyun 2026 11:46 (UTC+04:00)

Çərşənbə axşamı axşam Venesuelada baş verən zəlzələ ölkədə 1900-cü ildən bəri qeydə alınan ən güclü yeraltı təkan hesab olunur.

AzNews.az-ın xəbərinə görə, ABŞ-nin nüfuzlu The New York Times qəzeti bu barədə qeyd edib.

ABŞ Geoloji Xidmətinin geofiziki Pol Erl bildirib ki, 1900-cü ildə baş verən zəlzələ müasir ölçü cihazları mövcud olmadığı üçün onun maqnitudası bölgədəki dağıntılar və nəticələr əsasında hesablanıb.

1900-cü ildə baş vermiş və San-Narsiso zəlzələsi kimi tanınan təbii fəlakətin maqnitudası 7,7 olub. Həmin vaxt paytaxt Karakasda 21 nəfər həlak olmuş, 50 nəfər yaralanmış, təxminən 300 ev dağıdılmış, hökumət binaları və universitetə ciddi ziyan dəymişdi.

Mütəxəssislər bildirirlər ki, Venesuela Cənubi Amerika və Karib tektonik plitələrinin qovşağında yerləşdiyi üçün ölkədə zəlzələlər tez-tez baş verir.

Mövsüm,

AzNews.az