Kürəkən qayınanasını balkondan atdı

26 Sentyabr 2013 14:30 (UTC+04:00)
Rusiyanın Ural vilayətində kürəkən arvadının gözü qarşısında qayınanasını balkondan aşağı atıb.

Rusiya mətbuatının məlumatına görə, əvvəlcə hadisə ilə bağlı təcili yardıma və polisə yanlış məlumat verilib. Belə ki, həm qadının qızı, həm də kürəkəni onun balkondan özünün düşdüyünü bildiriblər. Ancaq araşdırma nəticəsində məlum olub ki, qadını kürəkəni aşağı atıb. 29 yaşlı kürəkən arvadı və qaynanası ilə birlikdə içib. Daha sonra isə siqaret çəkmək üçün balkona çıxıblar. Onların arasında mübahisə düşüb və kürəkən qayınanasının sözlərinə dözə bilməyərərk onu balkondan atıb.

Elnur
AzNews.az