Hindistanda bina çökdü: Azı 11 nəfər öldü - VİDEO

25 İyun 2026 15:55 (UTC+04:00)

Hindistanın Kəlküttə şəhərində anbar binasının çökməsi nəticəsində azı 11 nəfər ölüb.

AzNews.az xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyi xəbər yayıb.

Təcili yardım xidmətləri dağılan binanın qalıqlarını təmizləyərək axtarış tədbirlərinə başlayıblar.

Xilasedicilər dağıntılar altında qalan şəxsləri tapmaq məqsədilə hərbi yerüstü radar sistemlərindən istifadə edirlər. Bu avadanlıqların köməyi ilə qalıqlar altından 20 işçi xilas olunub. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumatlara əsasən, hadisəyə anbarın inşası zamanı təhlükəsizlik qaydalarına riayət olunmaması səbəb olub. Binanın sahibi polis tərəfindən saxlanılıb və çökmə faktı ilə bağlı cinayət işi başlanıb.