Yaponiyanın Kobe şəhərində polis 50 yaşlı Aki Moçidzukini keçmiş əri Yutaka Nisiquçini öldürməkdə və onun meyitini 15 il gizlətməkdə şübhəli bilinərək saxlayıb.
Məlumata görə, qadın 2011-ci ilin dekabrında törədilən qətli etiraf edib. Nisiquçinin öldüyü vaxt 42 yaşı olub.
“Dəhşətli bir əməl törətmişəm və buna heç bir bəraət yoxdur”, – deyə saxlanılan qadın bildirib.
İstintaqın məlumatına əsasən, kişinin meyiti hissələrə ayrılıb və hər hissə ayrı paketlərdə saxlanılıb. Moçidzuki ilə Nisiquçi 2011-ci ilin dekabrında boşansalar da, boşanma proseduru hüquqi baxımdan kişinin ehtimal olunan ölümündən təxminən bir il sonra tamamlanıb.
Polis qalıqları iyunun 20-də mənzildən gələn xoşagəlməz qoxu barədə idarəedici şirkətin müraciətindən sonra aşkarlayıb. Qadın həmin mənzili 2002-ci ildən kirayələsə də, faktiki olaraq başqa ünvanda yaşayırmış. Meyitin saxlanıldığı dondurucunun yerləşdiyi mənzildə yoxlama zamanı elektrik enerjisi kəsilmiş vəziyyətdə olub.
Mövsüm,
AzNews.az