Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla beş nəfərə "general-mayor" ali hərbi rütbəsi verilib.
AzNews.az xəbər verir ki, "general-mayor" ali hərbi rütbəsi ilə təltif edilən polkovnik Azər Əfrayıl oğlu Heybətli Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edir.
O, Azərbaycan Ordusunda müxtəlif dövrlərdə yüksək vəzifələrdə çalışıb, Azərbaycanın Böyük Britaniyadakı attaşesi vəzifəsində də fəaliyyət göstərib.
"General-mayor" ali hərbi rütbəsi verilən digər polkovnik Elçin Abdullayev Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Rəhim oğlu Abdullayev isə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisidir (Unikal).