Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildi

26 Sentyabr 2013 14:36 (UTC+04:00)
Xəbər verdiyimiz kimi Namiq Qaraçuxurlu ilə aktrisa Mehriban Xanlarova arasında xoşəğəlməz olaylar yaşanıb.

Klipler.tv bildirir ki, dünən bununla bağlı ATV kanalında yayımlanan "Ümid var" verilişində də qalmaqal baş verib və aktrisa studiyanı tərk edib. Redaksiyamıza bu gün hadisə ilə bağlı yeni məlumat daxil olub. Məlumatda deyilir ki, bu hadisədən sonra Namiq Qaraçuxurlunun səhhəti pisləşib və onu xəstəxanaya aparıblar.

Əldə etdiyimiz məlumata görə, Namiq Qaraçuxurlu Bakıdakı "Baku Medical Plaza" tibb mərkəzinə aparılıb. Onun bu olaylara görə əsəbiləşdiyi və əsəblərinin pozulduğu bildirilir.

Mövzu ilə bağlı rəsmi açıqlama verilməsə də, "Baku Medical Plaza"dakı mənbə Kliplər.tv-yə N.Qaraçuxurlunun dünənki verilişdən sonra xəstəxanaya müraciət etdiyini təsdiqləyib.

AzNews.az