Paşinyan fon der Leyenin Ermənistana səfərinin səbəbini açıqladı

25 İyun 2026 17:53 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ursula fon der Leyenin Ermənistana planlaşdırılan səfərinin əsas gündəm mövzusu erməni məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının Avropa İttifaqı bazarına çıxışının asanlaşdırılması olacaq.

Paşinyanın sözlərinə görə, Avropa Komissiyası sədrinin səfəri zamanı Ermənistan məhsullarının Avropa bazarına daha sadə prosedurlarla ixracı imkanları müzakirə ediləcək.

Baş nazir qeyd edib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu yaxınlarda Brüsseldə Avropa ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak edib.

Paşinyan vurğulayıb ki, hazırda Ermənistanın ixrac imkanlarını genişləndirmək və məhsullarının Avropa bazarına çıxışını artırmaq üçün unikal fürsət yaranıb.

Mövsüm,

AzNews.az