Rusiya G20-nin Vaşinqtondakı şerpa görüşündə iştirak edəcək

26 İyun 2026 16:02 (UTC+04:00)

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdyev bildirib ki, Rusiya nümayəndə heyəti gələn həftənin əvvəlində Vaşinqtonda keçiriləcək G20-nin şerpa görüşündə iştirak edəcək.

Onun sözlərinə görə, Rusiyanın G20-dəki şerpası, Prezident Administrasiyasının Ekspert İdarəsinin rəhbəri Denis Aqafonov iyunun 29–30-da forumun digər şerpaları ilə keçiriləcək görüşə qatılacaq.

Berdyev qeyd edib ki, nümayəndə heyətinə özü şerpanın müavini (sous-şerpa) kimi, həmçinin Prezident Administrasiyasının nümayəndələri İvan Droxanov və Natalya Yeroxova, eləcə də Xarici İşlər Nazirliyinin əməkdaşı Darya Xlebnikova daxil olacaqlar.

Onun sözlərinə görə, görüşdə dekabrın 14–15-də Mayamidə keçiriləcək G20 sammitinə hazırlıq, eləcə də innovasiya, ticarət, iqtisadi artım, energetika və maliyyə sahələri üzrə danışıqların gedişi müzakirə olunacaq.

Berdyev vurğulayıb ki, Rusiya G20-nin konsensus, maraqlar balansı və bütün üzvlər arasında bərabərhüquqlu dialoq prinsipləri əsasında səmərəli fəaliyyətinə töhfə vermək niyyətindədir.

O əlavə edib ki, Rusiya nümayəndə heyəti çoxtərəfli dünya nizamının qurulması, ayrı-seçkiliyə yol verməyən iqtisadi münasibətlərin təşviqi və qlobal idarəetmədə dünya ölkələrinin əksəriyyətinin rolunun gücləndirilməsi ilə bağlı mövqeyinə dəstək qazanmaq məqsədilə ikitərəfli məsləhətləşmələr də keçirəcək.

Mövsüm,

AzNews.az