İran Hörmüz boğazında üç neft tankerini saxlayıb

26 İyun 2026 16:52 (UTC+04:00)

İran dövlət televiziyasının yaydığı məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında üç neft tankerini saxlayıb.

Bildirilir ki, tankerlər İran tərəfi ilə koordinasiya aparmadan boğazdan keçməyə cəhd göstəriblər. Bundan sonra onlara xəbərdarlıq edilib və hərəkətləri dayandırılıb. Məlumata görə, xəbərdarlıqdan sonra gəmilər geri dönərək Fars körfəzinə istiqamət alıblar.

Xəbərdə qeyd olunub ki, Hörmüz boğazından keçən bütün gəmilər yalnız İranın müəyyən etdiyi marşrut üzrə və İran Silahlı Qüvvələri ilə koordinasiya şəraitində hərəkət etməlidirlər.

Mövsüm,

AzNews.az