Venesuelada baş vermiş iki zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə, xəsarət alanların sayı isə 4 300 nəfərə çatıb.
AzNews.az xəbər verir ki, bunu Venesuelanın səhiyyə naziri Karlos Alvarado açıqlayıb.
İlkin məlumatlara görə, 157 nəfər itkin düşüb, 200 nəfər dağıntılar altında qalıb və 2 927-dən çox ailə zərər çəkib.
Bundan başqa, infrastruktura ciddi ziyan dəyib: 250 bina və 8 xəstəxana zədələnib.
***
Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 589 nəfərə çatıb.
Bu barədə ölkənin səlahiyyətli Prezidenti Delsi Rodriqes bildirib.