Lökbatan qəsəbəsinin 6-cı massivinin sakinləri artıq 10 gündür əraziyə su verilmədiyini bildirirlər.
Onların sözlərinə görə, ərazidə daimi su təchizatı yoxdur, yalnız gecə saatlarında qısa müddətə verilir.
Sakinlər qeyd edirlər ki, bu problem ancaq yay aylarında yaşanır və son üç-dörd ildir təkrarlanır. Onlar məcbur qalaraq suyu maşınla sifariş edirlər. Bu isə onlara 50-60 manata başa gəlir.