DÇ-2026: Misir ilk dəfə pley-offa çıxdı, Belçika da növbəti mərhələdə

27 İyun 2026 09:33 (UTC+04:00)

Futbol üzrə dünya çempionatında Belçika Yeni Zelandiyanı məğlub edərək pley-offa vəsiqəni təmin edib.

AzNews.az xəbər verir ki, G qrupunun III turunun matçında qoca qitə təmsilçisi 5:1 hesablı qələbə qazanıb.

Belçikanın qollarını Leandro Trossard (28, 50), Kevin De Bruyne (66), Romelu Lukaku (86) və Aleksis Salemakers (90+4) vurublar. Yeni Zelandiyada isə Cast Elaydca (84) dəqiq zərbə müəllifi olub.