Pakistanda 5.4 bal gücündə zəlzələ qeydə alınıb.
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən (EMSC) məlumat verilib.
Zəlzələnin episentri təxminən 236 000 əhalisi olan Dera-Qazi-Xan şəhərindən 91 km şimal-qərbdə, ocağı isə 35 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə hələ ki məlumat verilmir.