Erməni boksçu oğurluğa görə həbs olundu

26 Sentyabr 2013 16:00 (UTC+04:00)
Kaliforniyanın Qlendeyl şəhərində yarıyüngül çəkidə keçmiş professional boksçu Vilyam Abelyan avtodayanacağın növbətçi kabinə burğusunu oğurlamaqda ittiham olunur.

Qlendeyl polisi 34 yaşlı boksçunu həbs edib.

Polis burğunu onun evindən tapıb.

Qeyd edək ki, Abelyan İrəvandandır və boks üzrə yarıyüngül çəkidə NABO versiyası üzrə çempion olub.(gun.az)

AzNews.az