Məhkəmə binasında biabırçılıq

26 Sentyabr 2013 17:22 (UTC+04:00)
Diyarbəkir Ədliyyə binasının ayaqyolunda bir əsgər və gənc qadın xoşagəlməz vəziyyətdə yaxalanıb.
Türkiyə KİV-inə istinadən bildirilir ki, hadisə dünən saat 15:00 radələrində Diyarbəkir Ədliyyə binasının dördüncü mərtəbəsində baş verib. Qadın tualetini təmizləməyə gedən xadimə qapının kilidli olduğunu görüb. Xeyli cəhddən sonra qapını açıb daxil olanda içəridəki bir qadın "Başım yaman ağrayır. Zəhmət olmasa, qapını bağlayıb bayıra çıxın" deyib. Vəziyyətdən şübhələnən xadimə bir müddət sonra yenə tualetə gəlib. Qapının aşağısındakı boşluqdan içəri baxan xadimə əsgər çəkməli kişi və qadını xoşagəlməz vəziyyətdə görüncə bunu dərhal dəhlizdən keçən hakimə deyib. Hakimin tualetə girdiyini görən qadın və əsgər dərhal Ədliyyə binasından uzaqlaşıblar.
Hazırda hadisə ilə bağlı istintaq başlayıb. Prokurorluqdan Ədliyyə binasındakı bütün kamera görüntülərinə baxılmasına qərar verilib. Kamera görüntüləri sayəsində həmin əsgərin kim olduğu müəyyənləşdikdən sonra o, istintaqa cəlb ediləcək.

AzNews.az