Gəmi faciəsi: 11 uşaq batdı

26 Sentyabr 2013 21:39 (UTC+04:00)
Tanzaniyada Tanqanika çayında gəminin batması nəticəsində 11-i uşaq olmaqla 13 nəfər həlak olub. "Frans Press" agentliyinin məlumatına görə, bu barədə yerli polis informasiya yayıb. Qəzadan sonra onlarla adamı sudan çıxarmaq mümkün olsa da, qurbanların çoxu uşaq olub. 7 nəfər barədə isə hələlik heç bir məlumat yoxdur. Polisin nümayəndəsi Cekob Mbaruanda bildirib ki,gəminin kapitanı və sahibi hadisədən sonra yoxa çıxıb. Hazırda hər iki şəxsin axtarışı davam edir.



Elnur
AzNews.az