Ərdoğanın mühafizəçilərinə atəş açıldı
27 Sentyabr 2013 07:11 (UTC+04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Sabiha Gökçen hava limanından evinə dönərkən Mustafa Kamal körpüsündə təhlükəsizlik qüvvələrinə naməlum şəxslərin atəş açdığı iddia edilir.
İlkin məlumata görə, 7 dəfə atəş açılıb. Hadisə yerinə xeyli sayda polis qüvvələri cəlb olunub.
Fakt üzrə araşdırma aparılır.(trend)
AzNews.az