Prezidentliyinə keçmiş namizədin maşını yandırıldı

27 Sentyabr 2013 07:30 (UTC+04:00)
Ermənistan prezidentliyinə keçmiş namizədin maşını yandırılıb
Ermənistan "Milli anlaşma" Partiyasının sədri, prezidentliyə keçmiş namizəd Aram Arutyunyanın "QAZ-31-10" markalı maşını yanıb.

Zərərçəkən bildirib ki, avtomobilinin kənar müdaxilə ilə yanmasından şübhələnir.

"Yanğınsöndürən müfəttişlər maşına baxış keçirdikdən sonra onun müdaxilə nəticəsində yandığını söylədilər. Mütəxəssislər baş verəni araşdıracaq. Maşınımı yanması mənə də maraqlıdır" -deyə, o, bildirib.

Prezidentliyə keçmiş namizəd düşməninin olmadığını da vurğulayıb.

Aram Arutyunyan yanğının yolda baş verdiyini və mexaniklərini yardımı ilə söndürüldüyünü bildirib. Baş verən olayla bağlı o, hüquq-mühafizə orqanlarına müraciət edib.(lent.az)


AzNews.az