Türkiyədə meşə yanğını başlayıb

5 İyul 2026 18:06 (UTC+04:00)

Türkiyədə meşə yanğını başlayıb.

AzNews.az xəbər verir ki, Balıkəsir vilayətinin Kepsut rayonunda yerli vaxtla saat 11:00 radələrində meşə kənarındakı ərazidə başlayan və daha sonra meşəyə keçən yanğın küləyin təsiri ilə Sarıfakılar məhəlləsi istiqamətində yayılır.

Yanğına havadan və qurudan müdaxilə edilir.