Hakan Fidan: Ukrayna danışıqlarının tezliklə bərpasını gözləmirik

6 İyul 2026 16:40 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Ukrayna ilə bağlı sülh danışıqlarına vasitəçilik etməyə hazırdır, lakin yaxın vaxtlarda danışıqların bərpa olunacağını gözləmir.

Fidan The New York Times qəzetinə müsahibəsində deyib ki, münaqişənin başa çatması üçün Türkiyə danışıqlara dəstək verməyə davam edəcək. Onun sözlərinə görə, bunun üçün hər iki tərəfdən sülhə nail olmaq istiqamətində real və səmimi iradə nümayiş etdirilməlidir.

Nazir xatırladıb ki, iyunun 17-də Rusiyaya səfəri çərçivəsində Kazanda Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul olunub. Moskvada isə xarici işlər naziri Sergey Lavrov, Ukrayna üzrə baş danışıqlarçı Vladimir Medinski, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, həmçinin Rusiyanın təhlükəsizlik və kəşfiyyat qurumlarının rəhbərləri ilə görüşlər keçirib.

Fidan vurğulayıb ki, Türkiyə Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyini davam etdirməyə və diplomatik həll yolunun bərpasına töhfə verməyə hazırdır.

Mövsüm,

AzNews.az