Türkiyə mətbuatı Azərbaycan haqqında veriliş hazırladı
27 Sentyabr 2013 09:13 (UTC+04:00)
 Türkiyənin TRT kanalı  bu dəfə  Azərbaycanın müasir memarlığını, arxitekturasını  ekranlara gətirəcək.
 
TRT Bakı Təmsilçiliyindən APA-ya verilən məlumata görə, "TRT Haber" kanalının "Dev Yapılar’’ proqramı  budəfəki  bölümünü  Bakıya həsr edib.
 
TRT Bakı Təmsilçisi Yüksəl  Dəyərcan "Dev Yapılar’’ proqramının Heydər Əliyev  Mərkəzində  və  Alov Qüllələrində  çəkiliş  apardığını  və videoçarxın  bu cümlələrlə  başlandığını  qeyd edib: ""Dəniz dalğasını xatırladan göydələn   bir  mədəniyyət mərkəzidir. Neft  və qazın alovundan ilham alan "Alov qüllələri" Bakıda,  Azərbaycanın qazanılan yeni  möhtəşəm  müasir memarlıq xəzinəsidir".
 
Qeyd edilən proqram sentyabrın 28-də Bakı vaxtı ilə saat  00.10- da "TRT Haber"  kanalında yayımlanacaq.
 
Qeyd edək ki, proqramın aparıcısı Danny Forster  və çəkiliş qrupu dünyanın hər  yerində  yeni,  müasir üslubda inşa edilən  göydələnlərin   təməlatma mərasimini, bina  istifadəyə  verilənə  qədər inşaat-tikinti prosesini anbaan  lentə alır. 
 
AzNews.az