Makron Ankarada səhər qaçışı edib - VİDEO

8 İyul 2026 14:32 (UTC+04:00)

Fransa Prezidenti Emmanuel Makron NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsində iştirak etmək üçün gəldiyi Ankarada səhər saatlarında qaçış edib.

Makron paytaxtın Çankaya rayonunda yerləşən Seğmenlər Parkında səhər idmanı ilə məşğul olub.

Fransa Cumhurbaşkanı Macron, Ankara'da sabah koşusunu yaptı. pic.twitter.com/m2JV7aX5Iu

— TRT HABER (@trthaber) July 8, 2026

Fransa prezidenti təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə Çankaya Köşkü ətrafında qaçış edərkən görüntülənib. O, marşrut boyunca qarşılaşdığı bəzi vətəndaşlarla salamlaşıb.

Qeyd edək ki, Emmanuel Makron Türkiyədə keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsində iştirak edən dövlət başçıları arasındadır.

Mövsüm,
AzNews.az