Köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə çatıb, açarlar təqdim edilib

8 İyul 2026 15:15 (UTC+04:00)

Növbəti köç karvanı Şuşaya çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib.

Aznews.az xəbər verir ki, açarların verilmə mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən, eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə kəndə 15 ailə (51 nəfər) köçürülüb.